Naxçıvanda 25 meqavat gücündə iki stansiyanın inşası ilə bağlı intensiv işlərə gələn ilin əvvəlindən başlanacaq
08.12.2025 [20:45]
Xəbərin mətni
Naxçıvanda bərpaolunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaq ayırma prosesləri gedir. Bilirsiniz ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 688 hektar torpaq sahəsi Naxçıvanda bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən olunub və 25 meqavat gücündə iki stansiyanın inşası ilə bağlı danışıqlar yekun mərhələyə daxil olub. Planlaşdırırıq ki, növbəti ilin əvvəlindən həmin stansiyaların inşası ilə bağlı intensiv işlərə start verilsin. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.