Dincə qoyulan torpaqlara subsidiya veriləcək - fermerlər və mütəxəssislər yeni qaydanın əhəmiyyətini açıqlayırlar
08.12.2025 [21:07]
Xəbərin mətni
Torpaqların dincə qoyulması eroziyanı azaldır, torpağın keyfiyyətini yaxşılaşdırır, məhsuldarlığı bərpa edir. Dincə qoyulan torpaqlara subsidiyanın verilməsi Prezident İlham Əliyevin imzaladığı Fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.