Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın Bakıxanov qəsəbəsində evdə partlayış baş verib, 2 nəfər xəsarət alıb

09.12.2025 [14:24]

Xəbərin mətni

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Partlayış nəticəsində sahəsi təxminən 12 kvadratmetr olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.