Boris Tadiç: Azərbaycan qarşılaşdığı çətinlikləri uğurla aradan qaldırır
09.12.2025 [19:30]
Xəbərin mətni
Azərbaycan qarşılaşdığı çətinlikləri uğurla aradan qaldırır və hazırda qlobal dəyişikliklərə uyğunlaşmağa hazır olmalıdır. Bu dəyişikliklərə enerji sahəsində baş verən proseslər, texnoloji inkişaf və siyasi dinamika daxildir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Serbiyanın sabiq Prezidenti Boris Tadiç söyləyib.