Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxt yollarında “sarı tor”ların sayı artırılacaq

09.12.2025 [22:17]

Paytaxt yollarında tıxacların qarşısının alınması, hərəkətin intensivliyinin azaldılması məqsədilə “sarı tor”ların sayı artırılacaq. Qeyd edək ki, bir neçə gün öncə Əhməd Rəcəbli ilə Ziya Bünyadov prospektinin kəsişməsində də sarı tor nişanlanması çəkilib.Mütəxəssislər sürücüləri sarı tor nişanlamasına ciddi əməl etməyə çağırır. Qaydalara riayət edilmədikdə isə tıxac da, cərimə də qaçılmaz olur.