Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdarə Heyətinin sədri: KOB-larda təhlükəsiz istehsalat mühitinin yaradılması xüsusi əhəmiyyət daşıyır

10.12.2025 [16:01]

Xəbərin mətni

Mütərəqqi texnologiyaların tətbiqi ilə müəssisələr təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin edə bilir, digər tərəfdən isə texnologiyaların mürəkkəblik səviyyəsinin artması yeni çağırışlar, risklər və gözlənilməz hadisələr yaradır. Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.