Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Agentliyinin rəisi: Sənaye təhlükəsizliyi artıq təkcə texniki məsələ deyil

10.12.2025 [16:05]

Xəbərin mətni

Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin yenidən formalaşması və iqlim faktorlarının təsiri sənaye mühitində risklərin strukturunu tamamilə yenidən formalaşdırır. Bu reallıq bizdən daha çevik, qabaqcıl və məsuliyyətli qərarlar tələb edir. Bunu Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.