Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Forum çərçivəsində həm milli, həm də qlobal baxış bucağından mədəniyyət məsələləri müzakirə olunacaq

10.12.2025 [16:28]

Xəbərin mətni

“Mədəniyyət və Hüquq: Müasir çağırışlar” çərçivəsində keçirilən forumun əsas diqqəti mədəniyyətin hüquq və dövlət sistemindəki rolu, eləcə də mədəniyyət hadisəsi olaraq onun özlüyündə təzahürü üzərində cəmlənəcək. Tədbir çərçivəsində həm milli, həm də qlobal baxış bucağından mədəniyyət məsələləri müzakirə olunacaq. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.