Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 yaşlı Sabir Beynəlxalq Olimpiadanın finalında iştirak etmək istəyir

11.12.2025 [19:04]

Xəbərin mətni

Qobustanın ucqar Sündü kəndində yaşayan 8 yaşlı Sabir Ağaverdiyev təhsildə qazandığı nailiyyətlərlə həm oxuduğu məktəbin, həm də rayonun fəxrinə çevrilib. Şikar Şikarov adına Sündü kənd tam orta məktəbin 3-cü sinif şagirdi olan Sabir bilik yarışlarında, sınaq imtahanlarında və müxtəlif intellektual müsabiqələrdə dəfələrlə birincilik qazanaraq diqqət mərkəzinə düşüb.