Keçmiş səfir: Ümid edirəm ki, tailandlılar Şuşaya, Qarabağa səfər edəcəklər
14.12.2025 [12:33]
Xəbərin mətni
Ümid edirəm ki, tailandlılar gözəl Azərbaycana - Bakıya, Naxçıvana, xarici turistləri qəbul etməyə hazır olanda Şuşaya, Qarabağa səfər edəcəklər. Mən heç vaxt Qarabağda olmamışam, amma Qarabağda olmaq istərdim. Mən artıq Naxçıvanda, dəfələrlə Bakıda olmuşam və yenidən Azərbaycana qayıtmaq istərdim. Bunu AZƏRTAC-a Tailandın Azərbaycandakı keçmiş səfiri Apirat Suqondhabhirom ölkəmizin Banqkokda səfirliyinin açılışını şərh edərkən deyib.