Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistanın Əməkdar artisti: Azərbaycanla mədəni əlaqələrimiz hər zaman çox yaxın və səmimi olub

14.12.2025 [22:13]

Xəbərin mətni

Özbəkistanla Azərbaycan arasında mədəni əlaqələr hər zaman çox yaxın və səmimi olub. Mən 2009-cu ildə Beynəlxalq Muğam Festivalında birinci yerin mükafatına layiq görüldüm. Həmin festivalda Azərbaycanın ən sevdiyim muğamlarından olan “Qarabağ şikəstəsi”ni və “Bayatı-Şiraz”ı səsləndirmişdim. Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın Əməkdar artisti Yulduz Turdiyeva deyib.