Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mahmudov: Elektron siqaretlər insan sağlamlığı üçün ciddi risklər yaradır

16.12.2025 [21:35]

Elektron siqaretlər, xüsusilə də tərkibində qızdırılaraq istifadə olunan mayelər insan sağlamlığı üçün ciddi risklər yaradır. Bu vasitələr qızdırıldıqdan sonra yaranan aerozollar ağciyərlərin daha dərin qatlarına nüfuz edir və uzun illər ərzində ağır, geri dönüşü olmayan fəsadlara səbəb ola bilir. Artıq dünya elmi və klinik təcrübələr bu təhlükələri açıq şəkildə elan edir. Xüsusilə ABŞ-ın son statistik məlumatlarında elektron siqaret istifadəsindən ortaya çıxan ciddi sağlamlıq problemləri, hətta ölüm halları qeydə alınıb. Bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI