Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elnur Əliyev: Bu ilin 9 ayında sənaye zonaları üzrə ixrac qeyri-neft-qaz ixracının 30 faizini təşkil edib

18.12.2025 [14:09]

Xəbərin mətni

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (əvvəlki illərdə Sahibkarlığın İnkişafı Fondu) tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında sahibkarların 5800-dən artıq investisiya layihələrinə 340 milyon manatdan çox güzəştli kredit verilib. AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Güc biznesdədir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.