Nazir: On bir ayda özünüməşğulluq proqramına 16 mindən çox şəxs cəlb olunub
18.12.2025 [14:35]
Xəbərin mətni
Bu ilin 11 ayında özünüməşğulluq proqramına 16,5 min nəfər cəlb olunub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Güc biznesindir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.