İntiqam Babayev: Mədəniyyət günləri çox gözəl platformadır
18.12.2025 [19:41]
Xəbərin mətni
Bu günlər ərzində bir daha şahid olduq ki, iki ölkənin xalqları, eləcə də yaradıcı insanları arasında çox sıx münasibət və dostluq əlaqələri var. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Füzulidə keçirilən Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimində bildirib.