Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Limanının infrastruktur imkanları Orta Dəhliz üzrə daşımaların dayanıqlılığını təmin edir

18.12.2025 [21:13]

Xəbərin mətni

Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət və logistika xəritəsində xüsusi strateji mövqe tutur. Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısa tranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb.