Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb

19.12.2025 [16:18]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə 2024-2025-ci illərdə qaz təsərrüfatı üzrə 30 yaşayış məntəqəsində qazlaşdırma işləri aparılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bunu Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında deyib.