Yeni Klinikada və Respublika Pediatriya Mərkəzində “Autoimmun laboratoriyası” yaradılır
19.12.2025 [17:15]
Xəbərin mətni
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində laborator xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğun təşkili məqsədilə laboratoriyaların yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Laboratoriya xidmətlərinin yenidən təşkili Bakı şəhərindəki 12 müəssisədə həyata keçirilib. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.