Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcbari tibbi sığorta çərçivəsində icra olunmuş tibbi xidmətlərin sayında 17 faiz artım müşahidə edilib

19.12.2025 [17:24]

Xəbərin mətni

2025-ci ilin 11 ayı ərzində tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində icra olunan tibbi xidmətlərin miqdarı 73 milyon 935 min 191, tibbi xidmətlərin məbləği isə 871 milyon 374 min 631 manat təşkil edib. 2024-cü ilin qeyd edilən dövrü ilə müqayisədə icra olunmuş tibbi xidmətlərin sayında 17, məbləğində isə 7 faiz artım müşahidə olunub. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.