DİN çağırış edir: “Sosial şəbəkə profillərini izləmək” kimi saxta paylaşımlara inanmayın
22.12.2025 [11:34]
Xəbərin mətni
Sosial şəbəkədə hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək adı altında çoxsaylı paylaşımlara rast gəlinir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən internet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflər inandırıcı olmadığına görə birmənalı şəkildə yalandır.