Azərbaycan Dövlət İnformasiya Agentliyi

Stokholmun sabiq meri: Tikinti layihələrinin ilkin mərhələsində səhvləri azaldan süni intellekt əsaslı sistemlər böyük qənaət potensialına malikdir

22.12.2025 [13:23]

Xəbərin mətni

Dünyanın müxtəlif şəhərləri fərqli çağırışlarla üzləşsə də, onların problemləri çox zaman eyni xarakter daşıyır. Tikinti tullantılarının azaldılması, enerji səmərəliliyinin artırılması, əlçatan mənzil ehtiyacının qarşılanması bu problemlərə misaldır. Əsas məqsəd mövcud ağıllı həlləri şəhər rəhbərlərinə operativ və şəffaf şəkildə təqdim etməkdir. Məsələn, tikinti layihələrinin ilkin mərhələsində səhvləri azaldan süni intellekt əsaslı sistemlər olduqca böyük qənaət potensialına malikdir. Belə texnologiyaların real şəraitdə sınaqdan keçirilməsi üçün innovasiya zonalarının və təcrübə məkanlarının yaradılması çox əhəmiyyətlidir. Stokholmun keçmiş meri Anna König Jerlmyr bu mövzularla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.