Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rektor: Qərbi Azərbaycan məsələsi hüquqi dövlətçilik baxımından konstitusiya və suverenlik kontekstində təqdim olunur

22.12.2025 [15:01]

Xəbərin mətni

Dövlətimizin başçısının çıxışlarında dəfələrlə və qətiyyətlə vurğuladığı mühüm məsələlərdən biri Qərbi Azərbaycana qayıdış məsələsidir. Prezident İlham Əliyev bu məsələni heç vaxt revizionist yanaşma kimi deyil, hüquqi, mənəvi və humanitar problem kimi təqdim edib. Bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.