İcma sədri: Bu günə qədər beynəlxalq təşkilatlara və onların rəhbərlərinə 119 müraciət ünvanlamışıq
22.12.2025 [15:06]
Xəbərin mətni
Biz son üç il ərzində Prezident İlham Əliyevin 2022-ci ildə verdiyi tapşırıqlara əsaslanaraq fəaliyyət göstərmişik. Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin etdiyi çıxış isə növbəti mərhələ üçün qarşımızda duran vəzifələri açıq şəkildə müəyyənləşdirdi. Bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.