Müstəqillik tarixinin ən böyük amnistiyası günündə yaşananlar
22.12.2025 [19:39]
Amnistiya aktının icrası üçün tədbir başlamamışdan artıq mətbuat nümayəndələri olaraq məhkumların yanındaydıq. Hamımız gözləyirdik... Lakin fərq böyük idi. Biz aktın neçə nəfərə, kimlərə şamil olunduğunu bilmək və həmin şəxslərin fikirlərini öyrənmək üçün gözləyirdik. Onlar isə azadlığı gözləyirdilər. Azadlığı gözləmək... Duyğuların qarışdığı bu anda onlar nə düşünür?