Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səma qəhrəmanının həyat hekayəsi- AZƏRTAC-ın pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan XÜSUSİ REPORTAJI

23.12.2025 [12:53]

Xəbərin mətni

Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninov Ukraynanın Kropivnitsk Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında da təhsil alıb. Bu təhsil kompleksi 1951-ci ildən bəri aviasiya mütəxəssisləri hazırlayır. 80 ölkədən 110 mindən çox mütəxəssis burada təhsilini başa vurub.