Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazir: Azərbaycan-Türkiyə İnvestisiya Forumu yeni layihələrin müzakirəsi üçün mühüm platformadır

23.12.2025 [13:36]

Xəbərin mətni

Artıq ikinci dəfə təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumu hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır. Bu fikri Baş nazir Əli Əsədov dekabrın 23-də Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.