Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Əsədov: SOCAR Türkiyəyə 19 milyard dollar sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur

23.12.2025 [13:54]

Xəbərin mətni

SOCAR Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur. Bu sərmayələr çərçivəsində şirkət neft emalı, neft-kimya və təbii qaz sahələrində bir çox strateji layihələr həyata keçirib. Bu gün də SOCAR qardaş Türkiyənin iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirir. Bunu Baş nazir Əli Əsədov dekabrın 23-də Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.