Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Bəşirli: Türkiyə şirkətlərinin müxtəlif sahələrdə fəaliyyəti biznes mühitinə etimadın və uzunmüddətli marağın göstəricisidir

23.12.2025 [14:08]

Xəbərin mətni

Türkiyə Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarından biridir. Hazırda qüvvədə olan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrimizin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir və qarşılıqlı ticarətin daha da genişlənməsi üçün əlverişli institusional baza yaradır. Bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.