Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl sakini: Uzun ayrılıqdan sonra elimizə, obamıza qayıtmaq bizim üçün sevincdir

24.12.2025 [10:48]

Xəbərin mətni

Bu uzun ayrılıqdan sonra öz elimizə, obamıza qayıtmaq bizim üçün sevincdir. Arzum budur ki, vaxtilə necə yaşamışdımsa, yenə o cür yaşaya bilim. Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Asif Əhmədov deyib.