Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlindəki Milad yarmarkasında “Chaikhana” guşəsi türk xalqlarının milli mətbəxini təbliğ edir

25.12.2025 [12:43]

Xəbərin mətni

Almaniyada hər il təşkil olunan Milad yarmarkaları əsrlər boyu formalaşmış ənənə kimi təkcə alış-veriş məkanı deyil, həm də sosial ünsiyyət, mədəniyyət və bayram ovqatının paylaşılması üçün açıq platforma rolunu oynayır. Burada klassik alman Milad atributları – “Glühwein” adlanan ətirli isti şərab, şirniyyatlar, əl işi suvenirlər, taxta oyma fiqurlar, şamlar, Yeni il bəzəkləri, uşaq attraksionları və canlı musiqi proqramları təqdim olunur. Berlinin kosmopolit mühiti isə bu yarmarkalara fərqli xalqların mədəni elementlərini də əlavə edərək, onları çoxmədəniyyətli bayram məkanına çevirir.