Səfir: Bu il Çindən 57 mindən çox turist Azərbaycanı ziyarət edib
25.12.2025 [16:57]
Xəbərin mətni
Bu ilin yanvar-oktyabr aylarında Çindən Azərbaycanı 57 mindən çox turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 50% çoxdur. Bu, iki ölkənin xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsi və təmasların genişləndirilməsi üçün əlverişli şərait yaradır. Bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey ötən il Çin-Azərbaycan münasibətlərinin inkişafının yekunlarına həsr olunmuş brifinq zamanı bildirib.