Bu ay Ağdam şəhərinə 104 ailə köçürüləcək
25.12.2025 [17:00]
Xəbərin mətni
Dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərində açılışında iştirak etdikləri 2-ci yaşayış kompleksi 13 hektardan çox ərazini əhatə edir. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla, ümumilikdə, 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.