Amerikalı ekspert: Təəssüf ki, Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub
29.12.2025 [11:52]
Xəbərin mətni
Azərbaycanla ABŞ arasında münasibətlər hazırda çox yaxşıdır, lakin bu, həmişə belə olmayıb. Çünki Azərbaycanın Qarabağ bölgəsindəki münaqişə uzun və ağrılı tarixi boyunca burada mənfi istiqamətdə işıqlandırılıb. Bu sözləri ABŞ-da yerləşən Qlobal Siyasət İnstitutunun prezidenti Paolo Von Şirah deyib. O, təəssüflə bildirib ki, Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub.