Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa şəhərindəki D 3 yaşayış massivində 10 çoxmənzilli bina inşa olunur

04.01.2026 [15:59]

Xəbərin mətni

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri quruculuq və inkişaf dövrünü yaşayır. Şəhərdə tarixi-mədəni irsin bərpası ilə yanaşı, infrastruktur layihələri də icra olunur, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması üçün yeni yaşayış binaları inşa edilir. Şuşa şəhərində birinci yaşayış kompleksi 2024-cü ildə istifadəyə verilib. İyirmi üç binadan ibarət bu yaşayış kompleksində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Hazırda isə D 3 və D 4 yaşayış massivlərində çoxmənzilli binalar inşa olunur.