Azərbaycan Prezidenti: D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm
05.01.2026 [21:53]
Xəbərin mətni
D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.