Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident: Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb

06.01.2026 [00:06]

Xəbərin mətni

Mənim Sərəncamımla hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə kimi qiymətləndirirdik. Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu işə cəlb etməklə biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI