Xarici borcumuz tarixdə ən aşağı səviyyədədir
06.01.2026 [18:18]
Xəbərin mətni
Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına müsahibəsi zamanı ölkəmizin iqtisadi fəaliyyəti ilə bağlı bir sıra məqamlara da toxundu. Ölkə başçısı Azərbaycanın xarici borcunun hazırda əhəmiyyətli dərəcədə azaldığını və bunun fonunda valyuta ehtiyatlarımızın xarici borcu dəfələrlə üstələdiyini qeyd etdi. Bu məqamları şərh edən Milli Məclisin deputatı Müşfiq Cəfərovun sözlərinə görə bütün nailiyyətlər təkcə bu ilin deyil, ölkə başçısının illərlə apardığı uğurlu iqtisadi siyasətin nəticəsidir.