Dövlət başçıları diplomatiyası Azərbaycan-Çin əlaqələrinin inkişafı üçün tonu təyin edir
12.01.2026 [12:23]
Xəbərin mətni
Dövlət başçıları diplomatiyası müasir dünyada həqiqətən böyük əhəmiyyət kəsb edir. Çünki indi böyük geosiyasi dəyişikliklərlə qarşılaşırıq, bəzi yerlərdə bir çox qarşıdurmalar görürük. Buna görə də belə bir şəraitdə dövlət başçıları diplomatiyası daha böyük rol oynayır. Hesab edirəm ki, Sədr Si Cinpin və Prezident İlham Əliyev arasında şəxsi dostluq iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasına böyük töhfə verib.Bu fikri AZƏRTAC-a eksklüziv müsahibəsində siyasi şərhçi, “China Briefing” nəşrinin təsisçisi Şen Şivey bildirib.