Turizm bazarında erkən rezervasiya aktivliyi yüksəlib
12.01.2026 [18:20]
Xəbərin mətni
Qışda yayı arzulayanların sayı az deyil. Turizm şirkətlərinin statistikası göstərir ki, erkən rezervasiya kampaniyalarına maraq bu il də yüksəkdir. Öncədən seçim etməklə daha sərfəli qiymət təklifi isə sözsüz ki, cəlbedcidi görünür. Ən çox tələbat əsasən Türkiyəyə yönəlib. Bodrum, Kuşadası, Marmaris, Kəmər və Alanya kimi məşhur kurort şəhərləri diqqət mərkəzindədir. Alternativlər də kifayət qədərdir.