Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nadejda İsmayılova: Jurnalist acı-ağrıya və itkiyə məruz qalan insanların yanında olmalıdır

14.01.2026 [15:35]

Xəbərin mətni

Azərbaycanın Əməkdar jurnalisti, televiziya aparıcısı və ssenarist Nadejda İsmayılova milli jurnalistikanın əsas simalarından biridir. Onun adı böyük dəyişikliklər və mürəkkəb tarixi sınaqlar dövrü ilə ayrılmaz şəkildə bağlıdır. Nadejda xanım özünün 90 illik yubileyi ərəfəsində fəal, tələbkar olaraq qalır və media sahəsində inkişaf proseslərini yaxından izləməyə davam edir. Nadejda İsmayılova AZƏRTAC-a eksklüziv müsahibəsində peşəsi ilə bağlı məqsədlərindən, müasir tarixin ən dramatik dövrlərində fəaliyyətindən, 1980-1990-cı illərdə Azərbaycan televiziyasında aparıcılıq etdiyi “Dalğa” proqramından, kino sahəsindəki təcrübəsindən və jurnalistin onilliklər boyu cəmiyyətin maraq dairəsində qalmasına kömək edən keyfiyyətlərdən danışıb.