Pəncablı nazir: Hindistanda siqh və digər azlıqlar hələ də təzyiqlərə məruz qalırlar
16.01.2026 [15:33]
Xəbərin mətni
Belə möhtəşəm bir tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürümü bildirirəm. Bugünkü tədbirin mövzusu Hindistanda baş verən hadisələr, xüsusilə də azlıqların və Hindistanda yaşayan siqh icmasının üzləşdiyi problemlər idi. Müzakirələr zamanı 1984-cü il qətliamı, Qızıl Məbədə edilən hücum, eləcə də Hindistanda, o cümlədən Amritsar və Dehlidə siqh ailələrinə qarşı həyata keçirilən təqiblər gündəmə gətirildi. Təəssüf ki, Hindistanda bu cür hadisələr hələ də baş verməkdədir. Bu sözləri jurnalistlərə açıqlamasında Pəncab Əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora söyləyib.