Abbas Abbasov: Heç bir konfrans siqhlərin üzləşdiyi qətliamları, insan hüquqları pozuntularını və vəhşilikləri tam şəkildə əks etdirə bilməz
16.01.2026 [15:50]
Xəbərin mətni
Bu gün burada ağrılı, təxirəsalınmaz və çox vaxt da laqeyd yanaşılan bir məsələ haqqında danışırıq. Belə ki, Hindistanda siqhlərə qarşı irqçilik və zorakılığı müzakirə etmək üçün yığışmışıq. Bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda “Hindistanda siqhlərə və digər azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.