“Qalatasaray”ın sabiq baş məşqçisi: Doğma meydan amili “Ayntraxt”la oyunda “Qarabağ”ın xeyrinə işləyəcək - EKSKLÜZİV
21.01.2026 [11:29]
Xəbərin mətni
“Qarabağ” bu mövsüm Çempionlar Liqasında əldə etdiyi uğurlu nəticələrlə diqqət mərkəzinə düşməyi bacarıb. Ağdam təmsilçisi bu gün turnirdə yoluna davam etmək baxımından mühüm əhəmiyyət daşıyan oyunda Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq. Komandanın növbəti mərhələyə yüksəlməsi üçün qarşıdakı iki görüşdə müsbət nəticə əldə etməsi vacibdir. Bu sözləri AZƏRTAC-a eksklüziv videomüsahibəsində “Qalatasaray”ın sabiq baş məşqçisi Hamza Hamzaoğlu deyib.