Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib
09.10.2015 [20:12]
Xəbərin mətni
Oktyabrın 9-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının (HAK) 15-ci iclası keçirilib.
İclasda Azərbaycan tərəfdən komissiyanın həmsədri, Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən – komissiyanın həmsədri, Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozin sədrlik edirdi.