Ukraynalı ekspert: Prezident İlham Əliyev ukraynalılara dəstəyin vacibliyini sözdə yox, əməldə dəfələrlə sübut edib
21.01.2026 [12:06]
Rusiya Federasiyası artıq nüvə infrastrukturunu, xüsusən də Ukraynanın böyük şəhərlərini istilik və elektrik enerjisi ilə təmin edən nüvə elektrik stansiyalarını fəal şəkildə hədəf almağa başlayıb. Kiyev hazırda elektrik enerjisindən məhrum olub və paytaxtın bir çox hissəsində istilik yoxdur. Burada Ukraynanın böyük dostu olan Azərbaycanın mövqeyini, müharibənin ən kritik anlarında ukraynalılar üçün dostluğun və dəstəyin vacibliyini sözdə deyil, əməldə dəfələrlə nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini nəzərə almaq həqiqətən dəyərlidir. Bu barədə ukraynalı politoloq və siyasət elmləri namizədi Oleksi Buryaçenko AZƏRTAC-a açıqlamasında bildirib. O, bu yanaşmanın humanitar yardımla davamlı olaraq dəstəkləndiyini vurğulayıb.