Azərbaycan Dövlət İnformasiya Agentliyi

“SOCAR Karbamid” zavodunun hədəfləri açıqlanıb

21.01.2026 [20:37]

Xəbərin mətni

“SOCAR Karbamid” zavodu olaraq hədəfimiz böyüməkdir. Hazırda zavodun illik istehsalat həcmi 650 min ton olsa da, bu göstəricini 670-680 min tona qaldırmaq üçün nələrə ehtiyac olduğunu izləyirik. Bu sözləri “SOCAR Karbamid” zavodunun direktoru Kutay Durna AZƏRTAC-a açıqlamasında deyib.