İcraçı direktor: Robotik sistemdə bütün qərarları həkim verir
22.01.2026 [17:39]
Xəbərin mətni
Bu gün Yeni Klinikada müasir səhiyyə texnologiyalardan istifadə olunaraq robotik cərrahi əməliyyat həyata keçirilib. Robotik sistem yüksək təhlükəsizlik, effektiv, müasir texnologiyalar əsasında yaradılmış müasir platformadır. Sistem uzaqdan idarəetmə, həmçinin beynəlxalq dəstək modelinə sahibdir. Hər hansı çətinlik olduqda yerli həkimlərə xaricdən dəstək göstərilə bilir. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına dair keçirilən brifinqdə deyib.