Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aysel Yaqubova: TEM-in məqsədi milli və regional yaşıl enerji layihələri üçün əlavə imkanlar yaratmaqdır

23.01.2026 [15:43]

Xəbərin mətni

Azərbaycan hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi (TEM) arasında Ev Sahibi Ölkə Sazişi imzalanıb. Saziş mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsini, nizamnaməyə uyğun olaraq hüquqi statusunu, imtiyazlarını müəyyən edir, eləcə də ev sahibi ölkə ilə münasibətləri tənzimləyir. Bu sözləri AZƏRTAC-a açıqlamasında İƏT Təmiz Enerji Mərkəzinin (TEM) icraçı direktoru Aysel Yaqubova deyib.