Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibə Qafarova: Beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq mühüm əhəmiyyətə malikdir

23.01.2026 [15:50]

Xəbərin mətni

Elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq olduqca vacibdir. Bu sahələrdə əlaqələrin gücləndirilməsi xalqlarımızın, xüsusən gənclərimizin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq. Bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias ilə keçirdiyi birgə mətbuat konfransında deyib.