Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gideon Saar: Yəhudilər Azərbaycanda həmişə sülh şəraitində yaşayıblar

26.01.2026 [13:51]

Xəbərin mətni

Azərbaycanda yəhudilər həmişə sülh şəraitində yaşayıblar. İnanıram ki, ikitərəfli əməkdaşlıq hər iki ölkəyə inkişaf gətirəcək. Bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə söyləyib.